Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki rayonu üzrə indiyədək 19 mindən çox fermer elektron sistemdə qeydiyyatdan keçib

11 mart 2020 | 16:00

Şəki rayonunda payızlıq əkinlə məşğul olan fermerlərə subsidiyaların verilməsi davam edir. İndiyədək Şəkidən olan 876 fermer elektron sistem üzərindən “Fermer kartı” vasitəsilə subsidiya alıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.
Sektor müdirinin sözlərinə görə, Şəki rayonu üzrə bu günədək elektron sistemdə 19 min 588 fermer öz fərdi identifikasiya nömrəsi ilə qeydiyyatdan keçib. Onlardan 13 min 197 nəfəri payızlıq əkinlərini bəyan edib. İndiyədək 9 min 820 fermerin mülkiyyət hüququna dair sənədləri təsdiq olunub, 1993 fermerin kartına subsidiya köçürülüb. Bu günədək 876 fermer “Kapital Bank”ın rayon filialından “Fermer kartı”nı götürərək, subsidiya vəsaitindən istifadə edib.

Fermerlərin payızlıq əkin bəyanlarının yoxlanılması, kartların paylanması və subsidiyaların “Fermer kart”larına köçürülməsi prosesi davam edir.

Keçidlər