Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Prezidenti əhalinin sağlamlığının qorunmasına yüksək həssaslıqla yanaşır

14 may 2020 | 16:00

Müasir dünyanın qlobal mövzusu olan koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə Azərbaycan səhiyyəsi ən mütərəqqi və humanist təcrübəyə söykənərək əhalinin sağlamlığı üçün lazımi olan bütün tədbirləri gördü. Dəhşətli epidemiya ilə mübarizədə dövlət ölkə vətəndaşlarının sağlamlığını hər şeydən öndə olduğunu bir daha nümayiş etdirdi.
   Bu fikirləri “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin uşaq şöbəsinin müdiri Qabil Qədimov ölkəmizdə əhalinin salamlığının qorunması istiqamətində görülən işlərə münasibət bildirərkən söyləyib.
    O qeyd edib ki, koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, bu virusa yoluxanların müalicəsinin yüksək səviyyədə təşkili, onların tezliklə sağalması istiqamətində görülən işlər birbaşa Prezident cənab İlham Əliyevin nəzarətindədir. Virusun yayılmağa başladığı dövrdən dövlətimizin başçısının tapşırığına əsasən zəruri qabaqlayıcı, profilaktik və təxirəsalınmaz tədbirlər görüldü. Təsadüfi deyil ki, COVID-19 ilə bağlı Azərbaycanda görülən işləri Ümumdünya Səhiyyə Təşkilatı bu gün nümunə kimi göstərir. Bu istiqamətdə görülən kompleks işlər çərçivəsində Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə modul tipli 10 yeni xəstəxananın tikintisinin xüsusi əhəmiyyəti var. Onlardan biri də Şəki şəhərində quraşdırılır.  Modul tipli xəstəxanaların mühüm üstünlükləri var. Belə ki, qısa müddət ərzində sadə beton bünövrə üzərində quraşdırılan bu tikililər pandemiya ilə mübarizə başa çatdıqdan sonra, yəni, zərurət olmadıqda tezliklə və asanlıqla digər sahələrə köçürülə və başqa məqsədlər üçün də istifadə edilə bilər. Bu xəstəxanaların istifadəyə verilməsi nəticəsində ölkəmizin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranacaq.
    Bu gün ölkəmizdə karantin rejiminin yumşaldılması vətəndaşları arxayın salmamalıdır. İnsanlar təhlükənin aradan qalxdığını düşünərək qaydalara etinasız yanaşmamalıdırlar. Hər kəs bilməlidir ki, koronavirusla mübarizə davam edir, təhlükə sovuşmayıb. Qaydalara əməl edərək dövlətin koronavirusa qarşı apardığı mübarizəyə töhfə vermək lazımdır.

Keçidlər