Şəki Dövlət Dram Teatrı Yeni il bayramı münasibətilə azyaşlı uşaqlar və məktəblilər üçün “Qar qız, qar dənəsi və dəniz quldurları” adlı nağıl-tamaşa hazırlayıb
Hörmətli xanımlar və cənablar! Əziz şəkililər ! Qarşıdan 31 dekabr -Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il gəlir
“ASAN xidmət” mərkəzlərinə müraciətlərin sayı artıq 26 milyona çatıb. Hazırda “ASAN xidmət” mərkəzlərinə daxil olan hər bir vətəndaş 11 dövlət orqanının və özəl şirkətlərin 320-dək xidmətindən yararlana bilir. Bu gün “ASAN xidmət”ə müraciət edən vətəndaşların razılıq əmsalı 98-100 faiz təşkil edir
Yeni təqvim ilinin gəlişinə saylı günlər qalıb. Ölkəmizin hər yerində olduğu kimi, Şəkidə də 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişinə böyük həvəslə hazırlaşırlar
Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkinin təsərrüfatlarında 2019-cu ilin məhsulu üçün payızlıq taxıl səpini başa çatıb. Kampaniya dövründə fermerlər 44 min 660 hektarı buğda, 20 min 840 hektarı arpa olmaqla, 65 min 500 hektar sahəyə toxum səpiblər
Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin fəaliyyətə başlamasından 80 il ötür
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov dekabrın 13-də Aydınbulaq kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin əhatə etdiyi kəndlərin sakinləri ilə görüşüb
Xalqımızın böyük oğlu, zəmanəmizin görkəmli siyasi xadimi, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ölkəmizin hər yerində olduğu kimi Şəkidə də dərin hörmət və ehtiramla anılıb
Xalqımız ümummilli lider Heydər Əliyevin vəfatının on beşinci ildönümünü böyük hörmət və ehtiramla yad edir. Ulu Öndərin ömrü qəhrəmanlıq, Vətənə və xalqa sədaqətlə xidmət nümunəsidir
Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə bu günlərdə Çindən ölkəmizə gətirilən 1 milyon ədəd tut tingindən 70 mininin Şəki rayonu ərazisində əkilməsi nəzərdə tutulur
Şəki Olimpiya İdman Kompleksində oğlanlardan ibarət komandalar arasında basketbol üzrə zona birinciliyi ev sahiblərinin qələbəsi ilə başa çatıb. Sonrakı yerləri Oğuz və Qax rayonlarının komandaları tutublar
Dekabrın 7-də Şəkinin Çayqaraqoyunlu kəndinə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov dekabrın 6-da Şəkinin İkinci Biləcik kəndinin sakinləri ilə görüşüb
Azərbaycanın Bolqarıstandakı səfirliyi Sofiyada Beynəlxalq Qadınlar Klubu tərəfindən təşkil olunan növbəti, sayca 24-cü xeyriyyə bazarında (Charity Bazaar) ölkəmizi təmsil edib. Tədbirdə iştirak edən səfirlik Azərbaycanın Mədəniyyət və İqtisadiyyat nazirlikləri, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Şəki və Gəncə Şəhər və Göyçay Rayon İcra hakimiyyətləri və “AZNAR” şirkətinin dəstəyi ilə milli mətbəximizin ləziz nümunələrini, xalqımızın mədəniyyəti, tarixi irsi, milli geyimlərini, ölkəmizin turizm potensialını nümayiş etdirib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov dekabrın 5-də Şəkinin Qayabaşı kəndinin sakinləri ilə görüşüb
Şəkinin çox böyük iqtisadi potensialı və geniş turizm imkanları var. Ümid edirəm ki, bu qədim və gözəl şəhərə gələn macar turistlərin sayı ildən-ilə daha da artacaq. Səfirlik olaraq, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsində maraqlıyıq. Şəkidə keçirilən beynəlxalq musiqi festivalında Macarıstandan gəlmiş kollektivlərin iştirak etməsindən də çox məmnunuq
Dekabrın 4-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində “Regional İnkişaf” İctimai Birliyi könüllülərinin birinci ümumrespublika konfransı keçirilib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun başçılıq etdiyi Şəki şəhərinin nümayəndə heyəti Xorvatiyanın Varajdin şəhərində rəsmi səfərdə olub
Şəki torpağı çox istedadlı insanlar yetişdirib, Azərbaycan mədəniyyətinə, incəsənətinə böyük sənətkarlar bəxş edib. Belə sənətkarlardan biri də kinorejissor Rasim Ocaqovdur
Məni bir aktyor kimi kəşf edən görkəmli rejissorumuz Rasım Ocaqov olub. Rasim Ocaqov məni bir aktyor kimi yetişdirib, tanıdıb, mənə tamaşaçı rəğbətini qazandırıb. Xoşbəxt adamam ki, Rasim Ocaqov kimi bir rejissorun filmlərində çəkilmişəm
Rasim Ocaqov Azərbaycan kinosunun 45-50 illik böyük bir mərhələsini yaradan sənətkar olub. O, Azərbaycan kino tarixində milli-mənəvi dəyərlərimizi yaşadan görkəmli şəxsiyyət idi. Təsadüfi deyil ki, onun bütün filmlərində etik normalar, əxlaq və mənəviyyat həmişə yüksək səviyyədə gözlənilirdi
İki yaşımdan başlayaraq, bütün yayı babamla birlikdə Şəkidə keçirirdim. Bütün uşaqlığım babamın yanında olub. Mən o illəri çox yaxşı xatırlayıram. Xoşbəxt insanam ki, Rasim Ocaqov kimi babam olub və mən onun nəvəsiyəm
Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, SSRİ və respublika dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 85 illik yubileyi noyabrın 24-də onun doğulub boya-başa çatdığı Şəki şəhərində böyük məhəbbətlə qeyd olunub
Azərbaycanın Şəki şəhəri Fransanın Kolmar ənənəvi Milad bayramı bazarında öz pavilyonu ilə təmsil olunur
Şəki şəhər İcra Hakimiyyətinin nümayəndə heyəti Fransanın Kolmar şəhərində səfərdədir