Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev: Ölkəmizin dayanıqlı inkişafı üçün xoşagəlməz hallara son qoyulmalıdır

23 may 2020 | 16:00

Prezident cənab İlham Əliyevin uğurlu və məqsədyönlü siyasəti ölkəmizin yeni inkişaf mərhələsinə keçməsi, xalqa xidmət müstəvisində səmərəli və şəffaf, müasir idarəetmə modelinin formalaşdırılması, korrupsiya yarada bilən səbəbləri aradan qaldırmaq üçün əsaslı zəmin yaradıb. Ölkə rəhbərliyinin siyasi iradəsi, əzmi və qətiyyəti sayəsində korrupsiyaya qarşı mübarizədə ciddi nəticələr əldə edilməkdədir.
   Mayın 21-də Prezident cənab İlham Əliyev Ağstafa və İmişli rayon icra hakimiyyətlərinin yeni başçılarını videoformatda qəbul edərkən demişdir: "Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır. Bu məsələ ilə bağlı mən öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm ki, Azərbaycanın uğurlu inkişafı, ölkəmizin dayanıqlı inkişafı üçün xoşagəlməz hallara son qoyulmalıdır. Siz də rəhbərlik edəcəyiniz rayonlarda bütün xoşagəlməz hallara qarşı öz işinizlə ciddi mübarizə aparmalısınız. Korrupsiyanın, rüşvətxorluğun, talançılığın kökü kəsilməlidir".

Keçidlər