Şriftin ölçüsü :

Saytın rəngi :

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın koronavirusun qarşısının alınması sahəsində gördüyü işləri yüksək qiymətləndirir

26 may 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin koronavirusla mübarizə istiqamətində apardığı genişmiqyaslı və məqsədyönlü tədbirlər xalqımızın bu qlobal bəladan müqayisəolunmaz dərəcədə az itkilərlə çıxmasını təmin etmiş, ölkəmizə beynəlxalq miqyasda böyük nüfuz qazandırmış, postpandemiya dövrünün strategiyasını meydana qoymuşdur.
     Mayın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzi ilə tanışlıqdan sonra Prezident cənab İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsibdə ölkəmizdə koronavirusun qarşısının alınması ilə bağlı görülən işlərdən danışarkən demişdir: “Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı bizim bu sahədə gördüyümüz işləri yüksək qiymətləndirir və Azərbaycanı nümunəvi ölkə adlandırır. Bu, bizim gördüyümüz işlərə verilən böyük qiymətdir. Mən bilmirəm başqa bir ölkəyə belə bir ad verilib, yoxsa yox. Bu, doğrudan da görülmüş işlərin məntiqi nəticəsidir. Çünki bəri başdan bizim əsas məqsədimiz xalqımızı, vətəndaşlarımızı bu xəstəlikdən qorumaq idi.”
    “Signify” şirkətinin təşəbbüsü ilə mayın 22-də Prezident cənab İlham Əliyevlə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda ölkə başçısı bildirmişdir ki: ”Biz insanlarımızı qorumaq üçün əlimizdən gələni edirik. Lap əvvəldən biz çox mühüm qabaqlayıcı tədbirlər gördük, bu da bizə insanlarımızı qorumağa və minimum itki ilə bu vəziyyətdən çıxmaq üçün yol tapmağa imkan verdi. Bizim səylərimiz Azərbaycanı koronavirusa qarşı mübarizədə nümunə adlandıran Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də qiymətləndirilib”.

Keçidlər