Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələrinin sosial məsələlərinin həlli daim diqqət mərkəzindədir

29 may 2020 | 16:00

Əzizi, doğması torpaqlarımızın azadlığı, ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş ailələrin dərdi dərin olsa da, qürur hissləri də böyükdür. Bu hissləri onlara bəxş edən vətən sevgisi, torpaq təəssübkeşliyi, dövlətimizin şəhidlərin ruhuna bəslədiyi ehtiram və onların ailələrinə tükənməyən qayğısıdır.
   Şəhid ailələri Prezident cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün çoxsaylı tədbirlər həyata keçirməklə yanaşı, həm də həmişə onların dərdinə şərik olur, qayğıları və problemləri ilə maraqlanırlar. Bəlkə də belə bir ikinci dövlət tapmaq çətin olar ki, orada vətəndaşa, ağır vəziyyətdə yaşayan, doğmasını-yaxınını itirən insana bu qədər diqqət və qayğı göstərilsin.
   Mayın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzi ilə tanışlıqdan sonra Prezident cənab İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində şəhid ailələrinin sosial məsələlərinin həlli, onların mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən danışarkən bildirmişdir ki: "Bu, daim diqqət mərkəzində olan məsələdir. Bu günə qədər 7600 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilibdir. Bu il şəhid ailələrinə verilən mənzillərin, evlərin sayı rekord həddə çatıb -1500 şəhid ailəsinə evlər, mənzillər veriləcək və beləliklə, növbədə duran şəhid ailələrinin sayı 2 mindən az olacaqdır. Ümid edirəm ki, maksimum iki il ərzində bütün şəhid ailələri dövlət tərəfindən evlərlə təmin ediləcəkdir".
                                                              Məmmədnuru Əzizov, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri  İB-nin Şəki rayon filialının sədri

Keçidlər