Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Azərbaycanda hökm sürən millətlərarası münasibətlər, dinlərarası dialoq dünya üçün nümunədir

08 iyun 2020 | 16:00

Son illərdə dünya xalqları arasında dialoqun təşviqi və inkişafında Azərbaycan mühüm rol oynamaqdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi dəyərlərimizin qorunmasında, xüsusilə də tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək bütün dünyaya çatdırılmasında əsaslı işlər görülmüşdür.
     Prezident cənab İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı ilə görüşündə demişdir: “Baxın, dünyanın əksər ölkələrində müxtəlif xalqlar yaşayır. Bu baxımdan Azərbaycan bir örnəkdir. Bunu bütün dünya etiraf edir ki, Azərbaycanda hökm sürən millətlərarası münasibətlər, dinlərarası dialoq dünya üçün nümunədir. Ermənistanda isə əhalinin 99,9 faizi ermənidir. Bu cinayətkar kriminal rejim bütün digər millətlərdən olan insanları müxtəlif yollarla qovub.”
     Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Bu ənənənin kökləri tarixin dərinliklərinə gedib çıxır. Burda müxtəlif konfessiyaların nümayəndələri hələ qədimdən məskunlaşmış və əsrlər boyu bir yerdə mehribancasına yaşamışlar.  
     Təəssüflə qeyd edək ki, xalqımızın tolerantlıq keyfiyyətindən sui-istifadə edən, dövlət səviyyəsində etnik təmizləmə və işğalçılıq siyasəti aparan Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir. Bu təcavüzün qurbanları arasında tarixi-dini abidələrimiz, fərqli dini konfessiyaların və müxtəlif  xalqların mənsubları da vardır.
     Bu gün dünyanın dialoqa böyük ehtiyacı var. Çünki tarix göstərmişdir ki, milli və dini ideologiya sahəsində mübahisələr və qanlı iğtişaşlara yol açan intriqalar problemin həlli yolu deyildir. Müxtəlif təmayüllü konfessiyaların mehriban şəkildə yaşadığı Azərbaycanda bu münasibətlərin qorunub saxlanılması hər bir kəsin vəzifəsidir.

                                                                                                                                                                                               Vahabov Seyid, Şəki rayon Mərkəzləşdirilmiş
                                                                                                                                                                                               Kitabxana Sisteminin direktoru

Keçidlər