Şriftin ölçüsü :

Saytın rəngi :

Bu çətin şəraitdə Azərbaycan sadəcə öz problemlərini həll etmir, eyni zamanda başqa dövlətlərə də yardım edir

12 iyun 2020 | 16:00

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda pandemiyaya qarşı mübarizə istiqamətində görülmüş tədbirləri yüksək qiymətləndirir. Dövlətimiz tərəfindən ölkə daxilində bütün qabaqlayıcı tədbirlər görülüb, eyni zamanda, Azərbaycan bu sahədə digər ölkələrə dəstək olub.
    İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bilgəh qəsəbəsində quraşdırılan modul tipli xəstəxananın açılışında  həkim kollektivi ilə görüşərkən demişdir: “Bəzi ölkələr humanitar məsələlərdə də özlərini elə apardılar ki, sonra yəqin utandılar. Bəzi ölkələr təşviş içində idi. Biz bəzən vəsaitlə aldığımız tibbi avadanlığı gətirməkdə çətinlik çəkirdik. Ona görə indiki şəraitdə hesab edirəm ki, dünya birliyi vahid mövqedən çıxış etməlidir. Bununla paralel olaraq, biz fərdi qaydada 14 ölkəyə humanitar yardım göstərdik. O ölkələr ki, buna onların ehtiyacı var və bizə müraciət etmişdilər. Eyni zamanda, biz Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstəririk.”

Keçidlər