Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Biz özümüzü beynəlxalq ictimaiyyətin etibarlı üzvü kimi nümayiş etdiririk

18 iyun 2020 | 16:00

“Bizim pandemiyanın öhdəsindən gəlməklə bağlı səylərimiz barədə sözlərinizə görə sizə təşəkkür edirəm. Həqiqətən də Azərbaycan bu mühüm məsələnin həllində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə adlandırılıb. Vəziyyət nəzarət altındadır. Eyni zamanda, biz nəinki təkcə daxili məsələlərə diqqət yetiririk, həmçinin qlobal miqyasda da fəaliyyət göstəririk. Azərbaycan artıq 29 ölkəyə humanitar yardım göstərib və bu proses davam edir. Biz özümüzü beynəlxalq ictimaiyyətin etibarlı üzvü kimi nümayiş etdiririk.”
     Bu sözləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Microsoft" şirkətinin təşəbbüsü ilə ayın 16-da keçirilən videokonfransda şirkətin vitse-prezidenti Filip Roqun fikirlərinə münasibət bildirərkən deyib.
      Azərbaycan beynəlxalq səviyyədə koronavirusla mübarizəyə dəstək verən ilk ölkələrdən oldu. Dövlətimiz qlobal böhranın aradan qaldırılması istiqamətində ehtiyacı olan xeyli ölkəyə maddi-texniki yardım edib, kömək əlini uzadıb, pandemiya ilə mübarizəyə qarşı dünya birliklərinin səylərinin birləşdirilməsinin təşəbbüskarı olub.
    Azərbaycan liderlik təşəbbüsü göstərərək, dünyanı COVID-19-la mübarizədə birləşməyə səslədi. Belə ki, ölkə daxilində və beynəlxalq arenada ölkəmizin təşəbbüsü ilə zirvə görüşləri keçirildi. Eyni zamanda ölkəmiz bu aylar ərzində beynəlxalq işgüzar videokonfranslardan da kənarda qalmadı, dünyanın nüfuzlu şirkətləri ilə əməkdaşlıq görüşlərini davam etdirdi.

Keçidlər