Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan dünya ictimaiyyətinin COVİD-19 pandemiyası dövrü bütün münaqişələrin dayandırılması çağırışına məhəl qoymayaraq atəşkəsi kobud şəkildə pozmuşdur

15 iyul 2020 | 16:00

İyul ayının 12-də Azərbaycan ordusu Ermənistanın Tovuz rayonu ilə həmsərhəd Tavuş rayonundan törədilən növbəti təxribata qarşı layiqli cavab vermişdir. Rəsmi Yerevan Ermənistan tərəfinin itkilərini gizlətsə də, feysbuk səhifələrində Ermənistan vətəndaşlarının yazışmalarından da aydın göründüyü kimi qarşı tərəf canlı qüvvə ilə 30 nəfərdən artıq tələfat verərək geri çəkilmişdir. Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən yayılmış videolarda cavab olaraq düşmən mövqelərinə güclü zərbə endirilməsi ilə qarşı tərəfin xeyli sayda  canlı qüvvəsi və texnikası məhv edildiyi görünür.

     Prezident cənab İlham Əliyev cəbhə xəttindəki operativ məlumatla tanış olan kimi Təhlükəsizlik Şurasının iclasını keçirmişdir. Azərbaycan tərəfi nümayiş etdirir ki, torpaqların işğalı və hansı isə xarici hərbi qüvvənin öz ərazisində mövcudluğu ilə barışmayacaq.
     Ermənistan tərəfi dünya ictimaiyyətinin COVİD-19 pandemiyası dövrü bütün münaqişələrin dayandırılması çağırışına məhəl qoymayaraq beynəlxalq səviyyədə centlemen sayağı razılığı kobudcasına pozmuşdur.
    Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə bildirmişdir ki, Azərbaycan danışıqlar aparmaq xatirinə danışıqlar aparmayacaqdır. Danışıqların nəticəsi olaraq Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarmalıdır. Əks halda geniş miqyaslı hərbi əməliyyatların olması qaçılmazdır.
   Azərbaycan Avropa İttifaqından aqressor ölkə ilə aqressiyaya məruz qalmış ölkə arasında fərq qoymasını gözləyir. Belə ki, Ermənistanın addımları beynəlxalq ictimaiyyət, o cümlədən Aİ tərəfindən qəti şəkildə pislənilməlidir. Əks halda, Ermənistanın cəzasız qalması rəsmi Yerevanı yeni hərbi təxribatlara həvəsləndirəcək.
     Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində ermənilərin törətdiyi təxribatla bağlı bir sıra ölkələr və beynəlxalq təşkilatlar Azərbaycana dəstəyini rəsmi şəkildə açıqlamışlar.

Keçidlər