Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə pandemiya əleyhinə tədbirlər davam edir

14 sentyabr 2020 | 16:00

Mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək və virusa yeni yoluxma hallarına yol verməmək üçün tətbiq olunan karantin rejiminin tələblərinə, tibbi-profilaktik qaydalara əməl olunmasının təmin olunması məqsədilə Şəkidə zəruri tədbirlər davam edir.
   Şəhər icra hakimiyyəti tərəfindən təşkil olunmuş mobil qrupların üzvləri, polis orqanlarının əməkdaşları, aidiyyəti dövlət qurumlarının əməkdaşları  tərəfindən şəhər ərazisində, kənd və qəsəbələrdə reydlər keçirir, ticarət, ictimai-iaşə, turizm və xidmət obyektlərində monitorinq və izahetmə-xəbərdarlıq işləri aparılır. Mövcud qaydalara əməl etməyən şəxslər inzibati məsuliyyətə cəlb olunur.
    İctimai nəqliyyatda dezinfeksiya və maarifləndirmə işləri həyata keçirilir. Şəhər icra hakimiyyətinin səsgücləndirici quraşdırılmış avtobusu vasitəsi ilə şəhər ərazisində pandemiya ilə bağlı əhaliyə çağırış edilir. "Evə zəng" kompaniyası çərçivəsində şəhər sakinləri ilə telefon əlaqəsi saxlanılaraq maarifləndirici söhbət aparılır. Evdə karantində saxlanılan xəstələrin özünütəcrid qaydalarına əməl etmələrinə ciddi nəzarət edilir.

Keçidlər