Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə indiyədək vətəndaşlara 26 min dozadan çox vaksin vurulub

03 may 2021 | 16:00

Şəki rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Əhalinin peyvəndlənməsi Şəki Rayon Mərkəzi Xəstəxanasının binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında həyata keçirilir. Prosesə başlandığı gündən indiyədək Şəki rayonu üzrə vətəndaşlara 26 min 367 doza vaksin vurulub.

İndiyədək birinci mərhələ üzrə peyvənd olunan şəxslərin ümumi sayı 17 min 15 nəfər, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 9 min 352 nəfərdir.

Yaş qrupları üzrə indiyədək Şəki rayonunda 65 yaşdan yuxarı vətəndaşlara 5 min 375 doza, 50-65 yaş arasında vətəndaşlara 14 min 159 doza, 50 yaşadək vətəndaşlara isə 6 min 833 doza vaksin vurulub.

Keçidlər