Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində “EU4Culture” layihəsi üzrə videoformatda keçirilən təqdimat tədbirində iştirak edib

03 iyun 2021 | 16:00

İyunun ayının 3-də Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, Goethe İnstitutu ilə tərəfdaşlıq şəraitində Danimarka, Çexiya və Fransız Mədəniyyət İnstitutları tərəfindən həyata keçirilən “EU4Culture” layihəsinin zoom platforması vasitəsi ilə təqdimatı keçirilib.
    Tədbirdə layihənin icrasına məsul şəxslər, Şərq Tərəfdaşlığı regionuna daxil olan ölkələrin - Azərbaycan, Gürcüstan, Ermənistan, Belarusiya, Moldova və Ukraynanın mədəniyyət qurumlarının təmsilçiləri, həmçinin bu ölkələrinqeyri-paytaxt şəhərlərinin və rayonlarının nümayəndələri iştirak ediblər. Tədbir iştirakçı ölkələrin dövlət dillərinə sinxron tərcümə edilib. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov da iştirak edib.
    Tədbirdə Aİ Şərqi Qonşuluq və İnstitusional Quruculuq şöbəsinin direktoru Lorens Meredi rəsmi açılış nitqi ilə çıxış edib. Sonra “EU4Culture” layihəsi haqqında məlumat verilib. Qeyd olunub ki, layihə Şərq Tərəfdaşlığı regionuna daxil olan altı ölkədə - Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova Respublikası və Ukraynada mədəniyyətin və yaradıcı sənayenin iqtisadi inkişafdakı rolunun artırılmasına dəstək verir və Şərq Tərəfdaşlığı Bölgəsinin qeyri-paytaxt şəhərlərinə və rayonlarına yönəlmişdir. Layihə 01 yanvar 2021-ci ildə başlamış və 31 dekabr 2024-cü ildə başa çatacaqdır. Layihə çərçivəsində keçirilən ilk müsabiqə şəhər və rayonlara Mədəni İnkişaf Strategiyasını hazırlamaq və həyata keçirməkdə kömək məqsədi daşıyır.
    Sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların maraqlandırdığı suallar cavablandırılıb.

Keçidlər