Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə aparılan dezinfeksiya işləri gücləndirilib

11 avqust 2021 | 16:00

    Şəkidə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər davam etdirilir. Bu məqsədlə aparılan dezinfeksiya işləri gücləndirilib.
     Avqustun 11-də Şəki KTİB tərəfindən Şəki şəhərinin mərkəzi küçə və prospektləri, meydanların ərazisi kommunal təyinatlı texnikalar vasitəsilə xüsusi məhlulla yuyularaq dezinfeksiya edilib.
     Paralel olaraq, şəhər ərazisində yerləşən bütün ictimai yaşayış binaları, binaların giriş blokları, pilləkənlər Şəki Mənzil İstismar Sahəsi tərəfindən dezinfeksiya edilir.
     Tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər kənd və qəsəbələrin ərazisində də həyata keçirilir. Aparılan qabaqlayıçı tədbirlər çərçivəsində, Şəki şəhərində sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat vasitələrində də dezinfeksiya işləri aparılır.
      Bu kimi tədbirlər mütəmadi davam etdiriləcəkdir.

Keçidlər