Şriftin ölçüsü :

Saytın rəngi :

Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində “EU4Culture” layihəsinin II mərhələsi üzrə videoformatda təqdimatı keçirilib

24 avqust 2021 | 16:00

Cari ilin avqust ayının 23-də Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, Goethe İnstitutu ilə tərəfdaşlıq şəraitində Danimarka, Çexiya və Fransız Mədəniyyət İnstitutları tərəfindən həyata keçirilən “EU4Culture” layihəsinin online zoom platforması vasitəsi II mərhələsinin təqdimatı keçirilib.
  
Tədbirdə, layihənin I mərhələsində qalib gələn Şəki, Lənkəran, Sumqayıt, Xırdalan, Gəncə şəhərlərinin məsul nümayəndələri, eləcə də təqdimatçı, Aİ-nın Azərbaycan üzrə milli koordinatoru Firuzə Bağır iştirak etmişdirlər. Qalib gələn şəhərlərə I mərhələni qalibiyyətlə başa çatdırdıqlarına görə yaxın zamanda hər bir şəhərə 1.000 € ödəniləcəyi məlumatı verildi. Şəki şəhəri adına layihədə Şəki Şəhər İcra Hakimiyyəti ilə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu birgə iştirak edir. Layihənin II mərhələsinə müraciət qaydaları izah olunaraq II mərhələnin sonunda beş şəhərdən yalnız üç şəhərin seçiləcəyi və bu səfər qrantın hər bir şəhər üzrə 30.000 € olacağı vurğulandı. Qalib şəhərlərlə hər bir mərhələdə müqavilə bağlanacağı, ayrılmış vəsaitin isə yalnız layihə smetasına yönəldilməsinin vacibliyi diqqətə çatdırıldı.

III mərhələnin yekununda isə üç şəhərdən yalnız bir şəhərin qalib seçiləcəyi və bu səfər qrant məbləğinin 300.000 € məbləğində ödəniləcəyi məlumatı verildi. Təqdimatın sonunda Aİ-nın bundan sonra da müxtəlif səpkilərdə regional layihələrini davam etdirəcəyini, qalib şəhərlərə sentyabr ayında pandemiya şərtləri nəzərə alınaraq səfərlərin təşkilinin nəzərdə tutulduğu məlumatı verildi.

Yekunda, iştirakçıların II mərhələyə müraciətlə bağlı sualları cavablandırılaraq tədbir başa çatdırıldı.

Keçidlər