Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı Şəkidə yüksək əhval-ruhiyyə ilə qeyd edilmişdir

23 mart 2014 | 16:00

Şəkidə xalqımızın qədim adət-ənənələrindən olan Novruz bayramı şənlikləri bir-neçə gündür davam edir. Şəkililər bu qədim el bayramını böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər.
Baharın gəlişi münasibətilə martın 21-də Şəki şəhərinin mərkəzindəki parkda ümumşəhər bayram şənliyi keçirilmişdir.
Şəhər rəhbərliyi və qonaqlar, şənlik iştirakçıları əvvəlcə parkın qarşısındakı meydanda xalqımızın milli adət-ənənələrini özündə əks etdirən xalq tətbiqi sənəti nümunələrindən ibarət sərgiyə baxmış, folklor və rəqs kollektivlərinin çıxışlarını izləmiş, şəkərbura, paxlava və digər şirniyyatlarla bəzədilmiş bayram xonçalarına, milli mətbəximizin dadlı tamlarına qonaq olmuşlar. İdmançıların nümunəvi çıxışları, qol güləşçilərinin yarışı, pəhləvanların məharəti, Novruzun personajları olan Kosa ilə Keçəlin duzlu, məzəli zarafatları hamıya xoş ovqat bəxş etmişdir.
Bayram tədbirində Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən “İrs” folklor qrupu maraqlı konsert proqramı ilə çıxış etmişdir.
Baharın gəlişi münasibətilə şəhərin ayrı-ayrı məhəllələrində Novruz tonqalları alovlandırılmışdır.

Keçidlər