Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Xəmsə” milli intellektual oyunu üzrə zona birinciliyi keçirilmişdir

24 aprel 2014 | 15:00

Şəki şəhərində yeniyetmələr arasında “Xəmsə” milli intellektual oyunu üzrə Azərbaycan milli çempionatının zona turunun yarışları keçirilmişdir.
Azərbaycan Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının tələblərinə uyğun olaraq, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən milli çempionat ölkəmizin zəngin mədəniyyəti və tarixini təbliğ etmək, yeniyetmə və gənclərin intellektual potensialının inkişaf etdirilməsi və qabiliyyətlərinin aşkar olunması üçün əlverişli şərait yaratmaq, gənclərin asudə vaxtlarının mənalı və səmərəli təşkilinə kömək göstərmək məqsədi daşıyır.
Şəhərdəki 10 nömrəli tam orta məktəbin akt zalında keçirilən zona yarışında Şəki şəhəri, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarını təmsil edən 18 komanda mübarizə aparmışdır.
Zona birinciliyində ilk üç yeri tutmuş komanda milli çempionatın final mərhələsinə vəsiqə qazanmışlar.

Keçidlər