Şriftin ölçüsü :

Saytın rəngi :

Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Şəkidə olmuşdur

04 iyul 2014 | 15:00

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanov iyulun 3-də Şəkidə olmuşdur.
Şəhər icra hakimiyyətində keçirilən görüşdə qonağa Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti və turizm potensialı barədə geniş məlumat verilmişdir.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirmişdir ki, 2700 ildən çox yaşı olan Şəki həm də tarixi-memarlıq abidələri ilə məşhurdur. Burada qədimdən ipəkçilik və sənətkarlıq inkişaf etmişdir. Artıq üçüncü gündür ki, bu şəhərdə “İpək Yolu” V Beynəlxalq musiqi festivalı çərçivəsində tədbirlər keçirilir. Fərəhli haldır ki, festivalda türkdilli xalqların folklor, rəqs və musiqi kollektivləri də yaxından iştirak edirlər.
TürkPA-nın baş katibi Jandos Asanov qurumun fəaliyyəti, layihələri barədə məlumat vermişdir. Azərbaycanda ötən ilin oktyabrından fəaliyyətə başladığını bildirən baş katib bölgələrə ilk səfərini Şəkidən başlamaqda heç də yanılmadığını, şəhərin gözəlliyinin onu valeh etdiyini diqqətə çatdırmışdır. Qonaq sözügedən festivalda iştirakından məmnun qaldığını bildirmişdir.
Görüşdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır.
Qonağa Şəki ilə bağlı xatirə hədiyyələri təqdim olunmuşdur.

Keçidlər