Şriftin ölçüsü :

Saytın rəngi :

Rumıniyanın Azərbaycandakı səfiri Şəkiyə gəlmişdir

07 iyul 2014 | 15:00

İyulun 5-də Şəki şəhərinə gələn Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüşmüşdür.
Şəhər icra hakimiyyətində keçirilən görüşdə səfir Daniel Kristian Çiobanunu səmimi salamlayan icra hakimiyyətinin başçısı Elxan Usubov, qonağa, Şəki İpək Yolu” V beynəlxalq musiqi festivalı, həmçinin, Şəkinin qədim tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı və zəngin sənətkarlıq ənənələri barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Şəki şəhəri və rayonu ərazisində dövlət qeydiyyatına götürülmüş 84 tarix və mədəniyyət abidəsi vardır. Böyük turizm potensialına malik olan Şəki şəhərinə gələn turistlərin sayı ildən-ilə artır.
Səfir Daniel Kristian Çiobanu Şəkiyə artıq üçüncü dəfə səfər etdiyini, burada olmağından məmnun qaldığını bildirmiş, Şəkidə çox böyük dəyişikliklərin baş verdiyini, şəhərin daha da gözəlləşdiyini xüsusi vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
Görüşün sonunda tərəflər qarşılıqlı şəkildə bir-birinə xatirə hədiyyələri təqdim etmişlər

Keçidlər