Şriftin ölçüsü :

Saytın rəngi :

Səfir Haydrun Tempel: Şəki şəhəri Avropada, eləcə də Almaniyada yaxşı tanınır

07 iyul 2014 | 15:00

Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel iyulun 5-də Şəkidə olmuşdur.
Şəhər icra hakimiyyətində keçirilən görüşdə səfirə Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə məlumat verilmişdir.
Diplomat demişdir ki, cari ilin yazında bu şəhərdə turist kimi qonaq olsa da, Şəkiyə ilk dəfədir rəsmi səfər edir. Şəkinin məşhur bir şəhər olduğunu, onun Avropada, eləcə də Almaniyada yaxşı tanındığını söyləyən səfir almanların bu şəhərin inkişafına az da olsa töhfə verdiklərini, dünya əhəmiyyətli nadir memarlıq abidəsi olan Şəki xanlarının sarayının bərpasında alman şirkətinin də yaxından iştirak etdiyini diqqətə çatdırmışdır. Səfir şəhərin qoruq hissəsinin tezliklə UNESCO-nun mədəni irs siyahısına daxil ediləcəyinə əminliyini bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılmış, turizm sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanmışdır.

Keçidlər