Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Suçma və Dərəcənnət kəndlərinin sakinləri ilə görüşmüşdür

11 iyul 2014 | 15:00

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov iyulun 10-da Suçma  kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Suçma və Dərəcənnət  kəndlərinin sakinləri ilə görüşmüşdür.
    Görüşlərdə kənd sakinləri ilə yanaşı, başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri  iştirak etmişlər.
    Kənd sakinləri ilk olaraq icra başçısının vaxt tapıb əraziyə gəlişini, sakinlərlə görüşünü onlara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi yüksək qiymətləndirmişlər. Sonra həmin ərazidə aparılan tikinti-abadlıq, quruculuq işlərindən danışılmış, kəndlərin ərazisindəki həlli vacib məsələlərə  toxunulmuşdur.
    Suçma kənd sakinləri Çingiz Əlpaşayev, Ramiz Mustafayev, Yeganə Axundova və başqaları çıxış edərək kənddə içməli və suvarma suyuna olan tələbatın ödənilməsinə, yeni məktəb binasının tikilməsinə, kəndə təbii qazın verilməsinə köməklik göstərilməsi və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
    Dərəcənnət kənd sakinləri Kərim Xudiyev, İldırım Musayev, Zaman Zamanov və başqaları çıxış edərək kəndin yuxarı hissəsinin içməli su probleminin həllinə, yararsız elektrik dirəklərinin dəyişdirilməsinə, kəndin yeni yaşayış massivində EATS quraşdırılmasına, kəndə təbii qazın verilməsinə köməklik göstərilməsi və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
   Sakinlərlə keçirilən görüşdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov qaldırılan məsələlərin aradan qaldırılması istiqamətində görüləcək işlərdən, həyata keçiriləcək layihələrdən danışmış, ayrı-ayrı müəssisə və təşkilatların rəhbərlərinə konkret tapşırıqlar vermiş, eyni  zamanda rayonda aparılan abadlıq, quruculuq işləri barədə geniş məlumat vermişdir

Keçidlər