Şriftin ölçüsü :

Saytın rəngi :

Bu ilin məzunları üçün ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilmişdir

13 iyul 2014 | 15:00

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 12-də respublikanın 11 şəhər və rayonunda, o cümlədən Şəki şəhərində 2014-2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirmişdir.
   Şəki şəhər 8, 12, 20 №-li tam orta məktəblərin və fizika-riyaziyyat və humanitar təmayüllü liseyin binasında keçirilən imtahanlarda iştirak etmək üçün Şəki şəhərindən, Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ rayonlarından 1834 nəfər abiturient qeydiyyatdan keçmişdir. İmtahanların idarə olunmasına 15 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 154 nəzarətçi-müəllim cəlb olunmuşdur.
   Saat 11.00-da başlanan imtahanlar 3 saat müddətində aparılmışdır.
   İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcəkdir. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

Keçidlər