Şriftin ölçüsü :

Saytın rəngi :

Qırxbulaq kəndində səyyar qəbul-görüş

18 iyul 2014 | 15:00

İyulun 17-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Qırxbulaq  kəndinin sakinləri ilə görüşmüşdür.
   Görüşdə Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev, başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri, kənd sakinləri iştirak etmişlər.
   Görüşün əvvəlində ərazidə aparılan tikinti-abadlıq, quruculuq işlərindən danışılmış, kəndin ərazisindəki həlli vacib məsələlərə  toxunulmuşdur.
    Qırxbulaq kənd sakinləri Niyazi Məcidov, Seymur Qurbanov, Lətif Lətifov və başqaları çıxış edərək kəndin ərazisindəki yararsız elektrik dirəklərinin və xətlərinin dəyişdirilməsi, Şəki – Oğuz şosesindən Qırxbulaq kəndinə gələn yolun əsaslı təmiri, yeni yaşayış massivində artezian quyusunun qazılması, kənddə poçt şöbəsinin açılması və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
   Görüşdə Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev və şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışlar.

Keçidlər