Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı gənclərin və rayon ağsaqqallarının bir qrupu ilə görüşmüşdür

18 iyul 2014 | 15:00

İyunun 17-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov gənclərin və rayon ağsaqqallarının bir qrupu ilə görüş keçirmişdir.
    Görüşlərdə son illər respublikamızda görülən işlər, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, onların nəticələri, 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları, o cümlədən Şəkidə həyata keçirilən abadlıq-quruculuq işləri barədə ətarflı məlumatlar verilmiş, ölkəmizdə gənclər siyasəti sahəsində, sosial sahədə həyata keçirilən tədbirlərdən danışılmış, fikir mübadiləsi aparılmışdır.
   Gənclərlə keçirilən görüşdə onların arzu və istəkləri dinlənilmiş, səsləndirdikləri təkliflər qeydə alınmışdır.
   Rayon ağsaqqalları ölkə Prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatları, həmçinin son illər Şəkidə görülən işləri yüksək qiymətləndirmiş, bəzi təkliflər irəli sürmüşlər.
   Görüşlərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev iştirak etmişdir.

Keçidlər