Şriftin ölçüsü :

Saytın rəngi :

Faik Buyrukçu: Belə festivalların davamlı olacağına ümid edirik

21 iyul 2014 | 15:00

Türkiyədən Şəkiyə türk-Osmanlı şirniyyatlarını tanıtmaq üçün gəldik. Bildiyimə görə, festival bu şəhərdə ilk dəfədir keçirilir. İnşallah, davamlı olacağına ümid edirik. Çünki bu məkan çox gözəl və xoş bir yerdir. Belə tədbirlərin burada keçirilməsi bizi davamlı olaraq görüşdürəcək. Bu da hamımız üçün çox xoşdur.
     Bu fikirləri Şəkidə keçirilən Beynəlxalq ənənəvi şirniyyat festivalında Türkiyəni təmsil edən baş aşbaz Faik Buyrukçu jurnalistlərə müsahibəsində söyləyib.
     Azərbaycan və Türkiyə qənnadıçılarının hazırladıqları şirniyyat məhsullarının oxşar və fərqli cəhətlərini diqqətə çatdıran Faik Buyrukçu daha sonra deyib: “Sizin şirniyyat çeşidləriniz çoxdur və əsasən peçenye tərzindədir. Türk şirniyyatları isə siroplu və şərbətlidir. Osmanlı südlü şirniyyatları daha çox üstünlük təşkil edir. Biz burada təlimlər keçməklə kulinar dostlarımıza bu şirniyyatların hazırlanmasını öyrədə bilərik”.

Keçidlər