Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki teatrında yeni tamaşaya ictimai baxış olmuşdur

23 iyul 2014 | 15:00

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında Azərbaycanın xalq yazıçısı,dramaturq İlyas Əfəndiyevin “Sevgililərin cəhənnəmdə vüsalı” pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirilmişdir.
     Əməkdar İncəsənət Xadimi Mirbala Səlimlinin quruluş verdiyi bu səhnə əsərində əsas rolları əməkdar artistlər Əbülfət Salahov, İqrar Salamov, aktyorlar Rəhim Qocayev, Akif Yusifov, Çinarə Səmədova, Xanlar Həşimzadə və başqaları ifa etmişlər.
    Tamaşanın quruluşçu rəssamı Söhrab Ərəbov, musiqi tərtibatçısı Aslan Mustafazadədir.
    Şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri ilk tamaşa müvəffəqiyyətlə başa çatmışdır.

Keçidlər