Şriftin ölçüsü :

Saytın rəngi :

Vətənimizin dilbər guşələri ilə tanışlıq hər kəsin ürəyincədir

12 avqust 2014 | 15:00

Gənclərə ölkəmizi daha yaxından tanıtmaq məqsədi daşıyan bu tur-aksiya Hacıqabul məktəblilərinin də ürəyincədir. Bu sözləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində Hacıqabul rayonundan olan qrupun bələdçisi Lamiə Namazova Şəkidə verdiyi müsahibəsində deyib.
Avqustun 10-da səhər tezdən 45 nəfərlik qrupla İsmayıllı-Qəbələ-Şəki marşrutu ilə hərəkət etdiklərini bildirən aksiya iştirakçısı İsmayıllı rayonunun qədim Lahıc qəsəbəsi ilə tanışlığın məktəblilərin böyük marağına səbəb olduğunu xüsusi vurğulayıb.
Qrupun bələdçisi daha sonra deyib: “Səfərin ilk günü Qəbələnin məşhur otellərindən birində gecələdik. İstirahət saatlarında məktəblilərlə vətənpərvərlik mövzusunda xeyli söhbət etdik, sual-cavab apardıq. Viktorinalar, intellektual oyunlar keçirdik, fəal gəncləri mükafatlandırdıq, həvəsləndirdik. Bu gün səhər Qəbələnin görməli yerlərini gəzdik. Nic qəsəbəsindəki qədim alban kilsəsi ilə tanışlıq zamanı Azərbaycanın çox tolerant bir ölkə olmasına bir daha şahidlik etdik. Əminliklə deyə bilərik ki, Vətənimizin bu dilbər guşəsi ilə tanışlıq məktəblilərdə çox böyük təəssürat oyadıb. Onların əksəriyyəti indiyədək bu gözəllikləri ancaq televiziya ekranlarından izləyiblər.
Hazırda qədim Şəkidəyik. Çalışacağıq ki, onlar bu bölgə haqqında daha çox məlumat əldə etsinlər, ölkəmizi daha yaxından tanısınlar. Layihənin əsas məqsədi və hədəfi də məhz budur”.

Keçidlər