Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Çingiz Mustafayevin doğum günü münasibətilə Qafqaz motofestivalı başladı

29 avqust 2014 | 15:00

Avqustun 29-da Şəki şəhərində məşhur telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin doğum günü münasibətilə ilk Qafqaz motofestivalına (“CAUCASUS” motofestival-2014) start verildi.
“Baku HOG Azerbaijan”, “CAUCASUS MOTO FESTİ Harley Devidson”, Şəki Şəhər İcra Hakimiyyəti və Çingiz Mustafayev Fondunun birgə təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycanın və xarici ölkələrin baykerləri iştirak edirlər.
Əvvəlcə festival çərçivəsində XIX əsrə aid tarixi-memarlıq abidəsi “Aşağı Karvansaray” kompleksinin həyətində sərgi-yarmarka təşkil olundu.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun və ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayevin də iştirak etdikləri sərgi-yarmarkada motobrendlər, moto və digər aksessuarlar, həmçinin Azərbaycan mədəniyyətini əks etdirən əşyalar nümayiş olundu.
Sərgi-yarmarka festival iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.
Proqrama uyğun olaraq, festival iştirakçıları daha sonra şəhər stadionunda çövkən milli oyunu üzrə yarışı izləyəcəklər. Axşam saatlarında “Aşağı Karvansaray” kompleksində festivalın rəsmi açılış mərasimi keçiriləcək. Mərasimdən sonra isə festival iştirakçılarına möhtəşəm konsert proqramı təqdim olunacaq.

Keçidlər