Şriftin ölçüsü :

Saytın rəngi :

Daxili işlər naziri Şəki şəhərində vətəndaşları qəbul edib

30 avqust 2014 | 15:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri Ramil Usubov avqustun 30-da Şəki Şəhər-Rayon Polis Şöbəsində növbəti qəbul keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qəbulda Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ rayonlarından olan 45 vətəndaş iştirak edib.
Vətəndaşları şəxsən dinləyən nazir onları narahat edən problemlərin qanunvericiliyə uyğun və operativ həlli üçün qəbulda iştirak edən baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib.
Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı olan müraciətlərin əksəriyyəti yerindəcə öz həllini tapıb, digərlərinin aidiyyəti dövlət orqanlarına göndəriləcəyi diqqətə çatdırılıb.
Bununla yanaşı, kütləvi informasiya vasitələrində əvvəlcədən verilmiş elana uyğun olaraq, həmin rayonlar üzrə qəbulda polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan 59 nəfər də iştirak edib.
General-polkovnik Ramil Usubov onların arasından xidmətə yararlı olan gənclərin sənədlərinin hazırlanması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə tapşırıq verib.

Keçidlər