Şriftin ölçüsü :

Saytın rəngi :

Qax Dövlət Kukla Teatrının tamaşası azyaşlıların sevincinə səbəb oldu

17 sentyabr 2014 | 15:00

Festival çərçivəsində sentyabrın 17-də Qax Dövlət Kukla Teatrı Şəki şəhərindəki Yay teatrında uşaqlar qarşısında “Zınqırovlu pişik” adlı tamaşa ilə çıxış edib.
Teatrın baş rejissoru Yusif Abdurahmanov, quruluşçu rejissoru Elşad Rəhim-zadə, quruluşçu rəssamı İqbal Əliyev, musiqi tərtibatçısı Cahangir Zülfüqarovdur.
Tamaşada rolları aktyorlar Araz Mehrablı, Azər Kərimov, Afət Yaqubova, Aynurə Abbasova və başqaları ifa ediblər.
Balacalar aktyorların canlandırdıqları bir-birindən maraqlı obrazları böyük sevinc hissi ilə seyr ediblər, onları ürəkdən alqışlayıblar.
Uğurla başa çatan tamaşanın sonunda kollektivə Mədəniyyət və Turizm Nazirliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin diplomları təqdim olunub.

Keçidlər