Şriftin ölçüsü :

Saytın rəngi :

Festivalda Azərbaycan Dövlət Rus Dram Teatrı tamaşaçılara "Müsyo Jordan və dərviş Məstəlişah" komediyasını təqdim edib

19 sentyabr 2014 | 15:00

Birinci Şəki Beynəlxalq teatr festivalında Azərbaycan Dövlət Rus Dram Teatrının yaradıcı kollektivi tamaşaçılara Mirzə Fətəli Axundzadənin "Müsyo Jordan və dərviş Məstəlişah" komediyasını təqdim edib.
     Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi münasibətilə dövlət sifarişi ilə hazırlanan tamaşaya xalq artisti Aleksandr Şarovski quruluş verib. Tamaşanın geyim üzrə rəssamı əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, dekorasiya üzrə rəssamı Nikita Sazonovdur.
   Tamaşada əsas rolları xalq artistləri Məbud Məhərrəmov, Səfa Mirzəhəsənov, əməkdar artistlər  Natalya Şarovskaya, Fuad Osmanov, Salman Bayramov və başqaları oynayıblar.
   Tamaşanın sonunda kollektivə festivalın təşkilatçı qurumlarının diplomları təqdim olunub.

Keçidlər