Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Dövlət Bayrağı Günü münasibətilə bayram tədbiri keçirilmişdir

07 noyabr 2014 | 16:00

Noyabrın 6-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə bayram tədbiri keçirmişdir.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, başçının müavinləri, hüquq-mühafizə orqanların rəhbərləri, şəhər icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, ictimaiyyətin nümayəndələri, gənclər iştirak etmişlər.
     Bildirilmişdir ki, Azərbaycan Respublikasının bayragı Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən biridir. Dövlət bayrağı hər bir vətəndaş tərəfindən müqəddəslik, azadlıq, fəxr və qürur mənbəyi kimi qəbul olunmalıdır.
     Qeyd olunmuşdur ki, millətin azadlıq rəmzi, vətənin simvolu, hər zaman qürur və inam yeri olan üçrəngli bayrağımız ilk dəfə 1990-cı il noyabr ayının 17-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində Muxtar Respublikanın rəsmi bayrağı kimi təsdiq olunmuşdur. Ölkə başçısı cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də “Dövlət Bayrağı Günü”nün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən isə hər il noyabr ayının 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Bayram tədbiri Şəki Musiqi Kollecinin tələbə və müəllimlərinin ifasında maraqlı konsert proqramı ilə davam etmişdir.

Keçidlər