Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhərin “Bazar” məhəlləsində səyyar qəbul-görüş

14 noyabr 2014 | 16:00

Noyabrın 13-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov şəhərin “Bazar” məhəlləsinin sakinləri ilə görüşmüşdür.
Görüşdə məhəllə sakinləri, şəhər ictimaiyyətinin nümayəndələri ilə yanaşı, başçının müavinləri, aparatın şöbə müdirləri, əlaqədar müəssisə, idarə və təşkilatların rəhbələri də iştirak etmişlər.
Əvvəlcə rayonda aparılan tikinti-abadlıq, quruculuq işlərindən danışılmış, məhəllənin ərazisindəki həlli vacib məsələlərə toxunulmuşdur.
Sonra məhəllə sakinləri Elxan Qulamov, Tariyel Mustafayev, Ramiz Nağıyev, Nuhbala Rəsulov və digərləri çıxış edərək A.Məmmədov və Z.Bünyadov  küçələrinə asfalt örtüyünün çəkilməsi, S.Rəhman küçəsi, bina 11-in həyətindəki asfalt örtüyün təmiri, M.Cəbrayılov küçəsinin işıqlandırılması, A.Şaiq küçəsində su ötürücülərin təmiri və sairlə məsələlər qaldırmışlar.
Görüşə yekun vuran şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov qaldırılan məsələrlə bağlı  aidiyyatı idarə və təşkilat rəhbərlərinə konkret tapşırıqlar vermiş, qarşıda duran vəzifələr barədə danışmışdır.

Keçidlər