Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə aşağı seçki komissiyalarının üzvləri maarifləndirilib

29 noyabr 2014 | 16:00

Şəkinin seçki dairələrində aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər başa çatıb.
113 saylı Şəki şəhər seçki dairəsi dairə seçki komissiyasının sədri Rəhman Qədirzadə AzərTAc-a bildirib ki, aşağı seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsini artırmaq məqsədilə keçirilən təlimlərdə dairənin tərkibində olan 29 seçki məntəqəsindən 174 nəfər komissiya üzvü iştirak edib. Məşğələləri Mərkəzi Seçki Komissiyasının təşkil etdiyi təlim kurslarında iştirak etmiş təlimçilər Elnur Mustafayev və Tehran Əzizov aparıblar.
Məntəqə seçki komissiyalarının sədr, katib və üzvlərinin iştirak etdikləri təlimlərdə iştirakçılara seçki günündə məntəqə seçki komissiyalarının rolu və vəzifələri, seçki günü prosedurları və müstəsna hallar, səsvermə prosedurlarına dair praktiki tapşırıqlar, səslərin sayılmasına hazırlıq, səslərin sayılması və yekun protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumatlar verilib, iştirakçıların sualları cavablandırılıb.
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində bu dairə üzrə Şəki şəhər, Qoxmuq və Baltalı bələdiyyələrinə, ümumilikdə 37 bələdiyyə üzvü seçiləcək. Mübarizə aparacaq namizədlərin sayı isə 104 nəfərdir.
Analoji təlimlər 114 saylı Şəki kənd birinci və 115 saylı Şəki kənd ikinci seçki dairələrində də keçirilib

Keçidlər