Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin orta ümümtəhsil məktəblərində Heydər Əliyevə həsr olunmuş silsilə tədbirlər keçirilir

06 dekabr 2014 | 16:00

Şəkinin orta ümümtəhsil məktəblərində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirlər davam etdirilir.
Belə tədbirlərdən biri dekabrın 4-də Şəki Qarışıq Tipli internat məktəbində keçirilmişdir. Tədbirdə internat məktəbin müəllim kollektivi və şagirdlər iştirak etmişdir.
İnternat məktəbin direktoru Nurlana İbadullayeva çıxış edərək ulu öndərin keçdiyi mənalı ömür yolundan, xalqımız qarşısındakı xidmətlərindən söz açmışdır. Ulu öndərin davamçısı cənab Prezident İlham Əliyevin təhsilin inkişafı üçün gördüyü işlərdən, valideyn himayəsindən tamamən və qismən məhrum olmuş uşaqlara göstərilən dövlət qayğısıdan danışmışdır.
Tədbirdə çıxış edən məktəbin müəllimləri Ulu öndərin  irsinin öyrənilməsinin və gələcək nəsillərə çatdırılmasının çox böyük əhəmiyyətə malik olduğunu bildirmişlər.
Sonra söz intrenat məktəbinin şagirdlərinə verilmişdir. Uşaqlar ulu öndərə olan sevgilərini şerlər və səhnəciklərlə ifadə etmişlər.
Ümummilli lider  Heydər Əliyevin anım gününə həsr olunmuş digər tədbir dekabr ayının 5-də şəhər 11№-li tam orta məktəbdə keçirilmişdir. Ulu öndərin irsinin daha dərindən öyrənilməsi məqsədilə məktəbin XI sinif şagirdləri üçün "Heydər Əliyev ideyaları müasir təhsil quruculuğunun əsasıdır" mövzusunda açıq tarix dərsi keçirilmişdir.
Dərsi tədris edən əməkdar müəllim Ruhangiz Abdullayeva bildirmişdir ki,  təhsilin aktual problemlərini və perspektivlərini icəliklərinə qədər dərindən bilən, təhsilin cəmiyyətdə rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən  dahi insan Heydər Əliyevin təhsillə bağlı dəyərli mülahizə və müddəaları sözün əsl mənasında müasir pedaqoji fikir tariximizin nadir incilərindəndir.
Qeyd edək ki, Şəkinin digər məktəblərində də açıq tarix dərsləri keçirilir. Məktəb şagirdləri arasında keçirilən "Valeh olduğum insan" mövzusunda iki turdan ibarət inşa yazı müsabiqəsi isə artıq başa çatıb.

Keçidlər