Şriftin ölçüsü :

Saytın rəngi :

Məntəqədə səs vermiş 396 seçicidən 175 nəfərini qadınlar təşkil edib

23 dekabr 2014 | 16:00

Bələdiyyə seçkiləri Şəkinin seçki məntəqələrində də seçicilərin fəallığı şəraitində davam edir. Səsvermə prosesində qadınlar da fəallıq göstərirlər.
115 saylı Şəki kənd ikinci seçki dairəsi dairə seçki komissiyasının 37 saylı seçki məntəqəsində səs verən Şəkurə Salamova AzərTAc-a müsahibəsində şəhər bələdiyyəsinə yeni seçiləcək üzvlərdən çox şey gözlədiyini vurğulayıb. Bildirib ki, bələdiyyə üzvlərinin şəhərin həyatında, abadlıq işlərində fəal iştirak etmələrini, yeni layihələr həyata keçirmələrini, əhalinin məşğulluğuna kömək göstərmələrini arzulayıram.
Məntəqə seçki komissiyasının sədri Xatirə Qədirovanın bildirdiyinə görə, məntəqə üzrə 1461 seçici qeydə alınıb. Seçicilər şəhər bələdiyyəsinə namizədliyini irəli sürmüş 50 vətəndaşın arasından ən yaxşı 17 namizədi seçməlidirlər. Saat 15.00-dək bu məntəqədə səs vermiş 396 seçicidən 175 nəfərini qadınlar təşkil edib.
113 saylı Şəki şəhər seçki dairəsi dairə seçki komissiyasının 8 saylı seçki məntəqəsində də səsvermə prosesində qadın seçicilərin yüksək fəallığı müşahidə olunur. Məntəqə seçki komissiyasının sədri Zahid Məmmədovun bildirdiyinə görə, saat 15.00-dək bu məntəqədə 272 nəfər seçici səs verib. Onların yarıdan çoxunu qadınlar təşkil edir. Məntəqədə səs verən iqtisadçı Könül Xəlilova, təhsil işçisi İradə Həmidova və başqaları onlar üçün yaradılan şəraitdən, komissiya üzvlərinin fəaliyyətindən razı qaldıqlarını bildiriblər.
114 saylı Şəki kənd birinci seçki dairəsi dairə seçki komissiyasının Aşağı Göynük kəndində yerləşən 8 saylı seçki məntəqəsində də günorta saatlarında qadınların fəallığı hiss olunurdu.
Ümumiyyətlə, saat 15.00-dək 113 saylı Şəki şəhər seçki dairəsi üzrə seçicilərin 29,3, 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə 30,4, 115 saylı Şəki kənd ikinci seçki dairəsi üzrə isə 30,28 faizi öz seçimlərini ediblər.

Keçidlər