Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə bələdiyyə seçkiləri uğurla başa çatmışdır

24 dekabr 2014 | 16:00

Şəkidə bələdiyyə seçkiləri uğurla başa çatmışdır. Səsvermə 3 seçki dairəsinin əhatə etdiyi 115 seçki məntəqəsində keçirilmişdir. Seçkilərdə 40 bələdiyyəyə 376 yer uğrunda 1128 namizəd mübarizə aparmışdır. Səsvermənin gedişini 1305 yerli müşahidəçi izləmişdir.
Dairə seçki komissiyalarından verilən məlumata görə seçkilər azad, demokratik və şəffaf şəraitdə keçmişdir. Səsvermənin gedişində qanun pozuntusuna yol verilməmişdir. Seçicilər sərbəst və azad şəkildə öz seçimlərini etmiş, istədikləri namizədlərə səs vermişlər. Bütün seçki məntəqələrində müşahidəçilərə öz funksiyalarını yerinə yetirmək üçün lazımi şərait yaradılmışdır.
113 saylı Şəki şəhər seçki dairəsi üzrə 3 bələdiyyəyə 36 yer uğrunda 104 namizəd mübarizə aparmışdır. 27 seçki məntəqəsinin 15-də veb-kamera quraşdırılmışdır. Seçkilərin gedişini 333 yerli müşahidəçi izləmişdir.
114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə 18 bələdiyyəyə 170 yer uğrunda 511 namizəd mübarizə aparmışdır. Məntəqələrin 7-də veb-kamera quraşdırılmışdır. Seçkilərin gedişini 490 yerli müşahidəçi izləmişdir
115 saylı Şəki kənd ikinci seçki dairəsində 19 bələdiyyəyə 170 yer uğrunda 513 namizəd mübarizə aparmışdır. Səsvermənin gedişini 482 nəfər yerli müşahidəçi izləmişdir. Məntəqələrin 7-də veb-kamera quraşdırılmışdır.

Keçidlər