Şriftin ölçüsü :

Saytın rəngi :

“DəmirBank” Şəki filialının ofisinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib

23 yanvar 2015 | 16:00

Yanvar ayının 23-də “DəmirBank” Şəki filialının ofisinin əsaslı təmirdən sonra açılışı olub.
    Açılış mərasimində çıxış edən “DəmirBank”ın İdarə Heyətinin sədri Roman Əmircanov bu gün ölkənin ən iri banklarından olan «Dəmirbank»ın fəaliyyəti barədə məlumat vermiş, xidmət səviyyəsinin təkmilləşdirilməsi və müştəri məmnuniyyətinin artırılması məqsədilə Şəki filialının daha geniş, müasir interyer-dizayn üslubunda təmir olunmuş, müştərilərin rahatlığını təmin edən və müasir tələblərə tam cavab verən yeni binaya köçürüldüyünü vurğulamışdır.
    Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov yaradılan bu şəraitə görə “DəmirBank” rəhbərliyinə minnətdarlığını bildirmiş, fililalın kollektivini yeni ofisin açılışı münasibətilə təbrik etmişdir.
    Sonra tədbir iştirakçıları yeni istifadəyə verilən ofis binasına baxış keçirilmiş, burada yaradılan şəraitlə tanış olmuşlar.
    Qeyd edək ki, Şəki şəhəri, S.Rəhman küçəsi 6a ünvanında yerləşən “DəmirBank”ın Şəki filialı fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir. Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ istehlak və biznes kreditləri, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair xidmətlər təklif edir.
   Hazırda “DəmirBank”ın 33 filialı fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 20-si isə Gəncə, Sumqayıt, Xırdalan, Şəki, Zaqatala, Yevlax, Bərdə, Beyləqan, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli rayon və şəhərlərində yerləşir.
    Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

Keçidlər