Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Şəkidə regional “ASAN xidmət” mərkəzi üçün inzibati binanın tikintisinə başlanılacaq

05 fevral 2015 | 16:00

2015-ci ildə Şəki şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin regional “ASAN xidmət” mərkəzi üçün inzibati binanın tikintisinə başlanılacaq.
Bu barədə Şəki Şəhər İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri-baş memar vəzifəsini icra edən Etibar Əkbərov AzərTAc-a eksklüziv müsahibəsində məlumat verib.
Etibar Əkbərovun bildirdiyinə görə, mərkəzin tikintisi üçün Şəki şəhərinin ərazisində, Kiş çayının sahilində bir hektar torpaq sahəsi ayrılıb. Hazırda sənədləşmə işləri aparılır. Mərkəzin tikintisinə yaxın aylarda başlanılması nəzərdə tutulub.
Şəhər icra hakimiyyətinin rəsmisi gələcəkdə bu ərazidə digər dövlət qurumlarının yerli idarələri üçün inzibati binaların da tikintisinin planlaşdırıldığını bildirib.

Keçidlər