Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının üçüncü ildönümü qeyd olunub

13 fevral 2015 | 16:00

Fevralın 13-də Şəkidə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının üçüncü ildönümü qeyd olunmuşdur.
    Əvvəlcə rayon rəhbərliyi, SHXÇDX-nin Şəki rayon şöbəsinin kollektivi Ulu öndər Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısındakı abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
    Sonra SHXÇDX-nin Şəki rayon şöbəsində keçirilən tədbirdə çıxış edən SHXÇDX-nin Şəki rayon şöbəsinin rəisi, polkovnik Asəf Əhmədov SHXÇDX fəaliyyət göstərdiyi 3 il ərzində səfərbərlik və çağırış resurslarının tənzimlənməsi, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində əhəmiyyətli işlər görüldüyünü bildirmiş,  vətəndaşlara daha yüksək xidmət göstərilməsi məqsədilə maddi-texniki təminat, əməkdaşların iş şəraiti yaxşılaşdırıldığını qeyd etmişdir.
  Vurğulanmışdır ki, ötən qısa müddətdə Dövlət Xidməti Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində inkişaf yolu keçmiş, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini vermişdir.

Keçidlər