Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə şəhid ailələri, Qarabağ Müharibəsi əlilləri və veteranları ilə görüş keçirilmişdir

18 fevral 2015 | 16:00

18 fevral 2015-ci il tarixdə Şəkidə şəhid ailələrinin üzvlərinin, Qarabağ Müharibəsi əlilləri və veteranlarının bir qrupu ilə görüş keçirilmişdir.
“Shaki Palace” otelində keçirilən görüşdə əvvəlcə xalqımızın ümümmilli lideri Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Şəki rayon filialının sədri Məmmədnuru Əzizov tədbirin mahiyyətini açıqlamış, təşkilatçılara minnətdarlığını bildirmişdir.
Çıxış edən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev şəhid ailələrinə, Qarabağ Müharibəsi əlillərinə və veteranlara göstərilən dövlət qayğısından söhbət açmışdır.
Bildirilmişdir ki. bu qəbildən olan vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosial yönümlü siyasətin əsas istiqamətlərindən biridir. Aztəminatlı, ailə başçılarını itirən, eləcə də, şəhid ailələri və xüsusi qayğıya ehtiyacı olanlar dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunublar. Əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması, onların reabilitasiyasının təşkili, minik avtomobilləri ilə təmin olunması məsələsi diqqət mərkəzindədir.
Eyni zamanda göstərilən dövlət qayğısının düzgün dəyərləndirilməsinin vacibliyi vurğulanmışdır.
Görüşdə həmçinin şəhid ailələrinin, Qarabağ Müharibəsi əlillərinin və veteranlarının qarşılaşdığı problemlərə toxunulmuş, onların maraqlandırdığı suallara aydınlıq gətirilmişdir.
Sonra bir qrup Qarabağ Müharibəsi əlili, veteranı və şəhid ailəsi üzvlərinə ictimai birliyin yeni vəsiqələri və döş nişanları təqdim olunmuşdur.
Sonda tədbir iştirakçıları adından cənab Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Keçidlər