Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə narkomaniya, erkən nikah və dini radikalizmə qarşı mübarizə məsələlərinə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib

19 fevral 2015 | 16:00

Fevralın 19-da Şəki Şəhər İcra Hakimiyyətində keçirilən maarifləndirici tədbirdə gənclərin narkomaniya, erkən nikah, dini radikalizm və digər bu kimi zərərli meyllərdən uzaqlaşdırılması, bu sahədə qarşıda duran vəzifələr ətraflı müzakirə olunub.
Şəhər İcra Hakimiyyəti və Şəki Şəhər Rayon Polis Şöbəsinin birgə təşkil etdikləri tədbirdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında təhsil alan tələbə gənclər, filialın müəllim kollektivi, həmçinin şəhər ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açıb. O bildirib ki, davamlı olaraq keçirilən belə maarifləndirici tədbirlər gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, gənclərdə narkomanlığın fəsadları haqqında düzgün təsəvvürlər formalaşdırmaq, radikal dini təriqətlərə meyllərin artmasının qarşısını almaq, habelə erkən nikahın yaratdığı problemlər barədə gəncləri daha geniş məlumatlandırmaq məqsədi daşıyır.
Sonra Şəki şəhər-rayon Polis şəbəsinin xidmət üzrə rəis müavini Rizvan Ramazanovun “Narkomaniyaya yox deyək!”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur” mövzularda məruzəsi dinlənilib.
Tədbirdə Şəki Şəhər Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Əbülfət Rzayev, rayon prokuroru, baş ədliyyə müşaviri  Elmar Camalov və başqaları çıxış edərək narkomaniyanın yayılmasına, dini radikalizm və erkən nikah hallarına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyini önə çəkib, bu işdə əmək kollektivlərinin, müəllimlərin, tələbə gənclərin, habelə valideynlərin üzərinə çox böyük vəzifə və məsuliyyətin düşdüyünü xüsusi vurğulayıblar.
Tədbirin sonunda iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Keçidlər