Şriftin ölçüsü :

Saytın rəngi :

Bideyiz kəndində səyyar qəbul-görüş

19 fevral 2015 | 16:00

Fevralın 19-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Bideyiz kəndinin sakinləri ilə görüşmüşdür.
   Görüşdə başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri, kənd sakinləri iştirak etmişlər.
   Görüşün əvvəlində kəndin ərazisində son vaxtlar görülmüş işlər barədə məlumat verilmişdir. Bildirilmişdir ki, kənddaxili yollar əsaslı təmir olunmuş, kəndə təbii qaz verilmiş, iki ədəd yeni artezian quyusu qazılmış, EATS binası tikilmiş, həkim məntəqəsi üçün yeni bina tikilib istifadəyə verilmişdir.
    Bideyiz kənd sakinləri Pənah Alxasov, Nazim Qaffarov, Elman Mahmudov və başqaları çıxış edərək  kənddə bankomat və post terminal quraşdırılması, Baş Küngüt kəndindən  Bideyiz kəndinə gedən içməli su xəttinin əsaslı təmiri, həkim məntəqəsinin daimi elektrik enerjisi ilə təmin etmək üçün generator verilməsi və sairə ilə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
   Görüşdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışdır.

Keçidlər