Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə narkomaniya, erkən nikah və dini radikalizmə qarşı mübarizə məsələlərinə həsr olunmuş növbəti maarifləndirmə tədbiri keçirilib

04 mart 2015 | 16:00

Martın 3-də Şəki Texniki kollecdə Şəki Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki Gənclər və İdman İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şimal-Qərb bölgəsi üzrə şöbəsinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə gənclər narkomaniya, erkən nikah, dini radikalizm və onların zərərli təsiri mövzusunda maarifləndiriliblər.
Kollecin müəllim kollektivi və tələbələrinin iştirak etdiyi tədbirdə Şəki Şəhər Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Əbülfət Rzayevin “Narkomaniyaya yox deyək!”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur”, “Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində piyadaların rolu” mövzularda məruzəsi dinlənilmişdir.
Tədbirdə çıxış edən Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi Vüqar İskəndərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şimal-Qərb bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Gündüz Paşayev narkomaniyanın yayılmasına, dini radikalizm və erkən nikah hallarına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyini önə çəkmiş, bu işdə müəllimlərin, tələbə gənclərin, habelə valideynlərin üzərinə çox böyük vəzifə və məsuliyyətin düşdüyünü xüsusi vurğulamışlar.
Sonda belə görüşlərin mütəmadi olaraq bütün məktəblərdə təşkil ediləcəyi diqqətə çatdırılmış, tələbələrin maraqlandıran məsələlərə aydınlıq gətirilmişdir.

Keçidlər