Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiya səfirliyinin mədəniyyət attaşesi Şəkidə şagirdlərlə görüşüb

06 mart 2015 | 16:00

Şəki Şəhər İcra Hakimiyyəti ilə Yaponiyanın ölkəmizdəki səfirliyi arasında əməkdaşlıq 14 ilə yaxındır ki, uğurla davam edir. Bu əlaqələr bir sıra sahələri əhatə edir. Dost ölkənin səfirliyinin təşəbbüsü ilə son illər Şəkidə təhsil, səhiyyə, ekologiya sahələrini əhatə edən bir sıra layihələr həyata keçirilib.
Yaponiyanın Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Ko Obata martın 5-də Şəki şəhərində olub. Səfər çərçivəsində qonaq şəhərdəki 10 nömrəli tam orta məktəbdə şagirdlərlə görüşüb, onlara Yaponiyanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, milli adət-ənənələri, mətbəxi barədə geniş məlumat verib.
Şagirdlər Yaponiyadan bəhs edən filmə baxıblar.
Belə görüşlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Keçidlər