Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkili gənclər ilaxır çərşənbəni maraqlı flaşmobla qeyd etmişlər

18 mart 2015 | 16:00

Yurdumuz, elimiz-obamız Bahar bayramının sonuncu çərşənbəsini bayram edir. El arasında boz ayın dördüncü çərşənbəsinə yer çərşənbəsi, ilin axır çərşənbəsi də deyirlər.
    Torpaq çərşənbəsində halal zəhmətə çağırış, torpağa məhəbbət vardır. Bu çərşənbədə təbiət qış yuxusundan oyanır, torpağın donu açılır, insanların ovqatı təzələnir.
    Torpaq çərşənbəsi Novruz bayramının ayin və mərasimlər ilə ən zəngin olanıdır. Bu çərşənbə ölkəmizdə hər il olduğu kimi, bu il də təntənəli qeyd olunur.
   Şəkili gənclər də bu ilin axır çərşənbəsini özünəməxsus qaydada – şəhərin mərkəzi meydanında maraqlı flaşmob keçirməklə qeyd etmişlər.

Keçidlər