Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə kənd əhalisinin içməli su ilə təminatı yaxşılaşdırılır

13 may 2015 | 15:00
Şəkidə kənd əhalisinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. May ayının 13-də Şəki, Cəyirli və Qozlubulaq kəndlərinin əhalisinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə Əliyar kəndininn ərazisində qurulmuş su nasos stansiyasının istifadəyə verilməsi ilə bağlı tədbir keçirilmişdir.
     Mərasimdə şəhər rəhbərliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri, ictimaiyyətinin nümayəndələri, kənd sakinləri iştirak  etmişdir.
    Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC sədrinin birinci müavini Məmmədsadıq Quliyev və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək kənd sakinlərini həmin münasibətlə təbrik etmişlər. Qeyd olunmuşdur ki, tikinti işlərinə ötən ilin oktyabr ayında başlanılıb. Ərazidə 3 ədəd artezian quyusu qazılmış, su anbarı tikilmiş, nasos stansiyası quraşdırılmışdır. Nasos stansiyasından Şəki, Cəyirli və Qozlubulaq kəndlərinə 25 km məsafədə içməli su xətti çəkilmişdir. Stansiyanın istifadəyə verilməsi qeyd olunan kəndlərin 6 min nəfərə yaxın əhlisinin içməli su ilə təminatını yaxşılaşdıracaqdır.
    Tədbirdə çıxış edən kənd sakinləri uzun müddət movcud olan içməli su probleminin həllinə görə ölkə başçısına, həmçinin şəhər rəhbərliyinə  minnətdarlıqlarını bildirmişlər.
    Sonda tədbir iştirakçıları stansiyanın işi ilə yaxından tanış olmuşlar.
Keçidlər