Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhərində əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirilmişdir

18 may 2015 | 15:00

17 may 2015-ci il tarixdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün respublikanın 11 şəhərində, o cümlədən Şəki şəhərində qəbul imtahanı keçirilmişdir.
     Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseydə və şəhər 12 №-li tam orta məktəbdə keçirilən imtahanda Şəki şəhərindən, Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ rayonlarından olan abituriyent iştirak etmişdir. İmtahanda iştirak etmək üçün 804 nəfər qeydiyyatdan keçmiş, onlarda 33-çü imtahanda iştirak etməmişdir. İmtahan prosesinə nəzarət 6 imtahan rəhbəri və 78 nəzarətçiyə həvalə olunmuşdur. İmtahan saat 11:00-da başlamış və 3 saat ərzində davam etmişdir.
    Qeyd edək ki, imtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr TQDK-nın internet saytında yerləşdiriləcək.

Keçidlər