Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhərində I və IV ixtisas qrupları üzrə qəbul imtahanları uğurla başa çatıb

14 iyul 2015 | 15:00

İyulun 14-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qurumun Şəki regional bölməsinin əhatə etdiyi Şəki və Mingəçevir şəhərlərində 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
Şəki şəhərində imtahanların keçirilməsi məqsədilə 3 imtahan mərkəzi ayrılıb. İmtahanlar 8 və 12 nömrəli tam orta məktəblərdə, həmçinin fizika-riyaziyyat və humanitar təmayüllü liseydə təşkil olunub. İmtahanlarda ümumilikdə 1749 abituriyentin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 13 imtahan rəhbəri və 165 nəzarətçi-müəllim ayrılıb.
TQDK-nın Şəki regional bölməsinin müdiri Səbuhi Hüseynovun verdiyi məlumata görə, qəbul imtahanları mövcud təlimata uyğun aparılıb və saat 14.00-da uğurla başa çatıb. İmtahanların gedişində heç bir qayda pozuntusu qeydə alınmayıb.

Keçidlər