Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə milli mətbuatın 140 illiyi ilə əlaqədar tədbir keçirilmişdir

21 iyul 2015 | 15:00

İyulun 21-də Azərbaycan milli mətbuatın 140 illiyi ilə əlaqədar Şəki Şəhər İcra Hakimiyyətində tədbir keçirilmişdir.
   Şəkidə, eləcə də bölgədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdikləri tədbiri Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq mətbuat nümayəndələrini Azərbaycan milli mətbuatının 140 illiyi münasibətilə təbrik etmiş, zəngin tarixi, mütərəqqi və şanlı ənənələri olan milli mətbuatının qazandığı nailiyyətlərdən, medianın rolunda söhbət açmış, mətbuat nümayəndələrinin qarşısında duran vəzifələrə toxunmuşdur.
    Qeyd olunmuşdur ki, Milli mətbuatımızın tarixində Şəkinin və bu torpağın yetirmələrinin də xüsusi yeri vardır. Sevindirici haldır ki, bu gün Şəkidə ona yaxın mətbuat orqanı işıq üzü görür. Şəki şəhərində fəaliyyət göstərən “Kanal S” regional televiziya kanalı vasitəsilə şəhərimizin ictimai-siyasi həyatında baş verən dəyişikliklər, sosial-iqtisadi, mədəni və digər sahələrlə bağlı məlumatlar ictimaiyyətə ətraflı çatdırılır. Bu baxımdam dövlət və digər özəl telekanallar, onların bölgə muxbirlərinin də böyük xidmətləri vardır.
    Media təmsilçilərini əlamətdar bayram münasibətilə təbrik edən şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova Azərbaycan mətbuatının zəngin və şərəfli yolundan danışmış, Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamını mətbuata dövlət qayğısının bariz nəticəsi kimi dəyərləndirmişdir.
     Çıxış edənlər Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adını almış “Şəki” qəzetinin redaktotu Akif Salamı təbrik etmişlər. Bildirilmişdir ki, ona fəxri adın verilməsi Şəkidə mətbuata verilən yüksək qiymətdir.
     Tədbirdə çıxış edən mətbuat nümayəndələri tədbirin təşkilinə, onların əməyinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirmişlər.
      Tədbirin sonunda mətbuat nümayəndələrinə mükafatlar təqdim olunmuşdur.

Keçidlər